Bakı və Aşqabadın əməkdaşlığının genişləndirilməsi planları
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib
Bakı və Aşqabad müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovla görüşüb.
"Dünya Şəhər Forumu (WUF13) çərçivəsində Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu ölkəmizdə salamlamaqdan məmnunluq duyuruq.
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında iqtisadi tərəfdaşlığın inkişafı, investisiya, nəqliyyat, logistika və tranzit sahələrində əməkdaşlıqda əldə edilən nailiyyətlər, eləcə də ticarət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib", - Mikayıl Cabbarov "X"də yazıb.
1 dəqiqədən az