Putin və Kim Çen In Pxenyanda mühüm bəyanatlar veriblər
Rusiya Prezidenti Koreya Xalq Demokratik Respublikasında (KXDR) rəsmi səfərdədir
Rusiya və Şimali Koreya liderlərinin əsas bəyanatları:
Putin: Rusiya KXDR ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etmir. Rusiya və KXDR arasında imzalanmış saziş iştirakçılardan birinə təcavüz olarsa, qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur. Rusiya və KXDR müstəqil xarici siyasət yürüdür və diktatura dilini qəbul etmir.
Kim Çen In: Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi sülhsevər və müdafiə xarakteri daşıyır. Onun yeni, çoxqütblü dünyanın yaradılmasını sürətləndirən hərəkətverici qüvvəyə çevriləcəyinə şübhəm yoxdur.