Dərbənddəki Azərbaycan Teatrına Maqomayevin adı veriləcək
Müvafiq qərar Dağıstan Respublikası rəhbəri yanında Komissiyanın iclasında qəbul edilib
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli Azərbaycan estrada və opera müğənnisi, bəstəkar Müslüm Maqomayevin adı veriləcək.
Müvafiq qərar Dağıstan Respublikası rəhbəri yanında Görkəmli Xadimlərin, Fərqli Şəxslərin və Tarixi Hadisələrin Xatirəsinin Əbədiləşdirilməsi üzrə Komissiyanın iclasında qəbul edilib.
İclasa Dağıstan hökuməti sədrinin müavini vəzifəsini icra edən Müslüm Telyakavov sədrlik edib. Komissiya üzvləri Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi təklifini yekdilliklə dəstəkləyiblər.
1 dəqiqədən az