Kılıçdaroğlu CHP sədrliyindən istefa verdi
"Bu gün sədr kürsüsü ilə vidalaşmaq üçün buradayam"
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiya liderliyindən istefa verib. Bu barədə Kılıçdaroğlu partiyanın qrup toplantısında bildirib. "Bu gün sədr kürsüsü ilə vidalaşmaq üçün buradayam. Vidalaşmaq asan deyil", - o deyib. Qeyd edək ki, Kamal Kılıçdaroğlu Türkiyənin 6 siyasi partiyasını birləşdirən "Millət ittifaqı"nın prezidentliyə vahid namizədi seçilib.