İran xəbərdarlıqlara baxmayaraq yanlış addımları davam edir
Bu fikiri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib
"İran xəbərdarlıqlara baxmayaraq yanlış və provokativ addımlar atmağa davam edir".
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Ərdoğan hadisələrin NATO və digər müttəfiqlərlə əlaqədə izlənildiyini bildirib.
O, Türkiyənin təhlükəsizliyini möhkəmləndirəcək əlavə tədbirlərin davam etdiriləcəyini qeyd edib.
Türkiyə Şimali Kipr Türk Respublikasının müdafiəsi üçün 6 ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə (HHM) sistemlərini adaya yerləşdirib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlavə edib.
"Bir millət, iki dövlət" şüarı ilə hərəkət etdiyimiz can Azərbaycan başda olmaqla bölgədəki digər qardaş öləkələrlə daim təmasdayıq" , - Ərdoğan bildirib və regiondakı terrorçu qruplaşmaların fəaliyyətinin anbaan izləndiyini xatırladıb.
1 dəqiqədən az