Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə danışıb
Azərbaycanın xarici işlər naziri Maka Boçorişvili ilə regional problemləri müzakirə edib

2 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın yeni təyin olunmuş xarici işlər naziri Maka Boçorişvili arasında telefon danışığı olub.
Nazir Ceyhun Bayramov həmkarını Gürcüstanın yeni yaradılmış hökumətində xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona bu şərəfli vəzifədə uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini, o cümlədən bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün hazırkı planları və perspektivləri müzakirə ediblər. Ölkələrimiz arasında ən yüksək və yüksək səviyyədə mövcud siyasi dialoqun, intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Nazirlər həmçinin regional problemlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.