Gürcüstanda etiraz aksiyaları yenidən alovlandı FOTO
Aksiyalar Tbilisi, Kutaisi, Batumi, Rustavi və Qori şəhərlərini əhatə edir

Gürcüstanda Tbilisi, Kutaisi, Batumi, Rustavi və Qorini əhatə edən hökumət əleyhinə etirazlar yenidən başlayıb.
Tiflisin mərkəzindəki Gürcüstan parlamentinə yenidən zopa və qalxanlı xüsusi təyinatlılar səfərbər edilib və su şırnaqları da gəlib.
Daxili İşlər Nazirliyinin əməkdaşları ara küçələrdə və həyətyanı sahədə, binanın xidməti girişində mövqe tuturlar.
***
Etiraz Qoridə başlayıb və hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında keçirilir.
Stalinin vətənində yüzə yaxın insan, onların böyük əksəriyyəti gənclər binaya plakatlar və fitlər ilə gəldi. Onlar hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.
***
Kutaisidə mitinqdə görünməmiş sayda etirazçı toplaşıb.
Çoxlu insan İmeretiyə çıxıb hökumətin istefasını tələb edib. Eyni zamanda, rayonda polis sakit hərəkət edir, xüsusi vasitələrdən istifadə etmir. İmeretiyalıların zarafat etdiyi kimi, "onlar deyirlər ki, qonşularınız orada işləyir və bizi döyməzlər".
***
Batumidə minlərlə yürüşçü şəhər məhkəməsinin binasına yaxınlaşıb.
Bu aksiya ilə onlar ötən gümlər həbsdə olan yoldaşlarına dəstək olmaq istəyirlər.
Saat 17:00-da başlayan aksiya şəhər məhkəməsinə qədər gedib və Qara dəniz şəhərinin mərkəzi küçəsi ilə bannerlər, Aİ və Gürcüstan bayraqları ilə hərəkətini davam etdirir.
***
Rustavidə minlərlə insan hökumət əleyhinə yürüş keçirib.
Paytaxtdan 40 km aralıda yerləşən və ölkənin dördüncü böyük şəhəri sayılan sənaye şəhəri heç vaxt etiraz fəallığı ilə seçilməyib. Təsfirlərdən görünür ki, toplaşanlar arasında çoxlu gənclər var.