Abbas Əraqçı Suriyadan sonra Türkiyəyə səfər edib
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb
İran xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə səfər edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İran XİN rəhbəri Türkiyəyə Suriya səfərindən sonra gəlib.
Qeyd edək ki, Türkiyə səfərindən əvvəl A.Əraqçı Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşdə son günlər həmin ölkədə baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb.
İranlı nazirin dekabrın 2-də Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır.