XƏBƏRLƏR / Qonşular

Rusiyadakı miqrantlara yeni qadağa qoyulub

Yerli agentliklər xəbər verir

Rusiyadakı miqrantlara yeni qadağa qoyulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.

    Yerli agentliklər xəbər verir ki, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək. 

    Bununla belə, miqrantlara inşaatda işləməyə icazə veriləcək.