İranda Xameneinin oğlu Müctəbanın Ali Rəhbər seçdilər
Bu barədə İran mediası məlumat yayıb YENİLƏNİB
01:50
Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
Bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.
Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.
O, 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın sabiq Ali Rəhbəri Əli Xameneinin ikinci övladıdır.
İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.
Müctəba Xamenei İranın sabiq prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olması, 2005 və 2009-cu il seçkilərində Əhmədinejada dəstək verməsi ilə yadda qalıb.
***
2026-03-08 23:26
Reuters agentliyinin məlumatına görə, İran Ekspertlər Şurasının Əli Xameneinin oğlu Müctəbani öz varisi seçdiyini bildirib.
İran mediası tərəfindən yayımlanan videoda yeni liderin seçilməsi üçün məsul olan Ekspertlər Şurasının üzvü Ayətullah Hüseynəli Eşkəvari bildirib ki, "Xameneinin adı davam edəcək".
Eşkəvari əlavə məlumat vermədən deyib: "Səsvermə artıq baş tutub və nəticələr tezliklə açıqlanacaq".
Şuranın katibi Hüseyni Buşehr əvvəllər dövlət mediasına bildirmişdi ki, Ayətullah Əli Xameneinin varisi, başqa bir ruhani Əhməd Alamolhodanı elan edəcək.
Bu arada, ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Vaşinqton İranın yeni liderinin seçilməsində söz sahibi olmalıdır. Tramp ABC News-a verdiyi müsahibədə deyib: "Əgər o, bizim təsdiqimizi almasa, uzun müddət hakimiyyətdə qalmayacaq".
1 dəqiqə