XƏBƏRLƏR / Qonşular

Xameneyi Nəsrullaha öldürüləcəyinə dair xəbərdarlıq edibmiş

Bu barədə "Reuters" yazıb

Xameneyi Nəsrullaha öldürüləcəyinə dair xəbərdarlıq edibmiş
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın ali dini lideri Ayətullah Əli Xameneyi Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullaha İsrailin onu öldürməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.

    Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazıb.

    Məlumata görə, Xameneyi Nəsrullaha İrana gəlməyi tövsiyə edib. Qeyd olunur ki, sentyabrın ortalarında Livanda "Hizbullah" hərəkatının üzvlərinə məxsus peycerlərin partladılmasından sonra Xamneyi Həsən Nəsrullahın yanına elçi göndərib. Ayətullah İsrailin "Hizbullah"a sızdığını və baş katibi öldürmək üçün planlar hazırladığı barədə kəşfiyyat məlumatları olduğunu bildirib.

    Mənbələr qeyd edir ki, nümayəndə sentyabrın sonlarında İsrailin hücumu zamanı Nəsrullahla birlikdə ölən Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan olub. Agentliyin həmsöhbətlərindən biri iddia edir ki, baş katib öz təhlükəsizliyinə arxayın olub və ən yaxın adamlarına tam etibar edib.

    Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın baş katibi Həsən Nəsrullahı öldürüb.