Erməni keşişi hərbçiləri ölkədə dövlət çevrilişinə çağırıb
Arxiyepiskop Mikael Ajapayan baş nazir Nikol Paşinyan hökгmətini təcili devirməyə çağırıb
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapayan güc strukturlarını Ermənistanda hərbi çevrilişə çağırıb.
O, kilsəyə gələnlərin qarşısında çixiş edərək deyib: "Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, güc strukturları müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən vətəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram".