İranda molla Tramp və Nataniyahunu öldürmək üçün pul yığır
Bu barədə The Telegraph nəşri xəbər yayıb

İranlı din xadimi Tramp və Netanyahunu öldürmək üçün ianə yığmağa başlayıb — The Telegraph xəbər verir.
İranın radikal din xadimi Əbdülməcid Haraqani ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunu öldürmək üçün vəsait toplama kampaniyasına başladığını açıqlayıb.
Onun sözlərinə görə, Tramp və Netanyahunun həyatının dəyəri 10-20 milyon dollar qiymətləndirilir və bu, muzdlu qatilin pulunu ödəməyə gedəcək.
Harağani İran vətəndaşlarını düşmən liderlərinin öldürülməsi üçün keçirilən ianə aksiyasında fəal iştirak etməyə çağıraraq, məsələnin ancaq hərbiçilərə həvalə edilməsinin düzgün olmadığını qeyd edib.