Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar VİDEO
Bu barədə Ermənistanın Baş naziri "Facebook"da yazıb
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Ermənistanın Baş naziri "Facebook"da yazıb
Ermənistan mediası yazır ki, görüş zamanı ikitərəfli münasibətlərin ardıcıl olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik bildirilib.
Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin vacibliyini vurğulayıblar.
Pezeşkian həmçinin Paşinyanı Ermənistanda parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri ABŞ və İsrailin zərbələri nəticəsində ölən İranın ali lideri Əli Xameneinin vida və dəfn mərasimində iştirak etmək üçün İrana gedib.
1 dəqiqədən az