Paşinyanın ABŞ rəsmiləri ilə görüşləri davam edir
ABŞ Dövlət katibinin müavini Riçard Verma İrəvanda səfərdədir
Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Riçard Vermanı qəbul edib
Ermənistan mətbuatının yazdığına görə, “görüşdə Paşinyan Ermənistan-ABŞ strateji dialoqunun ardıcıl inkişafının və çoxsahəli əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb".
Həmsöhbətlər bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan Respublikası - Aİ-ABŞ-ın yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Azərbaycan sülh müqaviləsi ətrafında müzakirələr, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, “Sülh yolayırıcısı” layihəsi, bu yaxınlarda hökumət tərəfindən Azərbaycan ərazisini könüllü tərk edənlər insanlar üçün təsdiq edilmiş mənzil proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.