Şahin Mustafayev Kazanda Aleksey Overçukla görüşüb
Azərbaycan baş nazirinin müavini Rusiya hökuməti sədrinin müavini ilə Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində bir araya gəlib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukla görüşüb.
İşgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri, bu ilin aprelin 16-da Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının yekunları və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.
1 dəqiqədən az