XƏBƏRLƏR / Qonşular

Rusiyanın "İntervideniye" mahnı müsabiqəsinə gələn yoxdur

Təşkilatçılar təcili muzdlu tamaşaçılar toplayırlar

Rusiyanın "İntervideniye" mahnı müsabiqəsinə gələn yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada “İntervideniye” Beynəlxalq Musiqi Müsabiqəsi keçirir. Onun keçirilməsi haqqında fərmanı bu il fevralın 3-də Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Tədbir Avropada keçirilən "Eurovision" müsabiqəsinin alternativi olmalıdır. 

    İş o yerə çatıb ki, Putin ŞƏT-in sammitində şəxsən müsabiqəni təbliğ edib.Lakin tədbirə maraq az olduğundan təşkilatçılar muzdlu tamaşaçılar toplamaq üçün elan veriblər. 

    Muzdlu tamaşaçılara 2 gün iştiraka görə 6 000 rubl (127 AZN) pul vəd edirlər.

    Xatırladaq ki, Azərbaycan müsabiqədə iştirakdan əvvəlcədən imtina edib.