Lavrov və Əraqçi Moskvada Cənubi Qafqazdan danışıblar
Bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.
Əraqçi də bu məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin də bugünkü danışıqlarda müzakirə olunduğunu bildirib.
1 dəqiqədən az