"Azərbaycanın səfirliyi yüksək dərəcədə mühafizə olunur"
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyan edib
“İndiki şəraitdə İran və Amerika arasındakı ikitərəfli əlaqələrdən danışmaq mənasızdır, Azərbaycanla isə yaxşı və konstruktiv istiqamətdəyik”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ölkəsinin xarici işlər naziri Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə deyib
O, əlavə edib:
“Xoşbəxtlikdən, biz Azərbaycanla qarşılıqlı konstruktiv yoldayıq və hər iki tərəf həmfikirdir. Xarici işlər naziri bu yaxınlarda Qoşulmama Hərəkatının toplantısında iştirak edib, orada həmkarları, eləcə də Azərbaycan Prezidenti ilə görüşlər keçirib. Hesab edirik ki, indi biz əlavə əməli addımlarla, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti üçün əsas ola biləcək müsbət vəziyyətin şahidi olacayıq”.
“Azərbaycanın İrandakı Səfirliyi maksimum dərəcədə mühafizə olunur və yaxın gələcəkdə biz Azərbaycan Səfirliyinin İranda fəaliyyətini görəcəyik”,- Kənani qeyd edib.