Paşinyanın erməni kilsəsi ilə "razborkası" davam edir
Baş nazir kilsənin rəhbərlərini istefaya göndərmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsəsinin rəhbərliyi ilə münaqışəsi davam edir. Paşınyan "Facebook" səhifəsində yazır:
"Sitat gətirirəm:
"Rahibin subaylıq andını pozub-pozmamasının sənə nə əhəmiyyəti var? Sənin nə işinə qalıb? Bunun sənə aidiyyəti yoxdur. Və (kilsə) məcəlləsinin maddələri sizə aid deyil!".
Bu bəyanatın müəllifi Mikael Ajapaxyandır və o, bu barədə dünən açıqlama verib:
"Bu, açıq şəkildə göstərir ki, bəzi yüksək rütbəli ruhanilər erməni apostol kilsəsinin xalqın kilsəsi, hər birimizin kilsəsi, xalqın müqəddəsliyi, hər birimizin müqəddəsliyi, xalqın ruhunun məskəni, hər birimizin ruhunun məskəni olduğunu başa düşmürlər.
Erməni Apostol Kilsəsinin sadiq davamçısı, kilsə qarşısında baş əyərək, İsa Məsihə inanan, Ona sitayiş edən bir insan kimi deyirəm: Erməni Apostol Kilsəsi bizim ruhumuzun məskənidir! Siz isə subaylıq andını pozmaqla bu evi murdar edirsiniz, özü də təkçə bununla yox.
Subaylıq andını pozan ruhanilər ruhani xidmətlərinə davam edə bilməzlər. Onlar ruhumuzun məskənini azad etməlidirlər".
Müşahidəçilərin fikrincə, murdarçılıq qirdabında batan erməni kilsəsi hal-hazırda revanşizmin, qatı millətçiliyin və Rusiya aqenturasının yuvasına çevrilib. Paşinyan gələn ildə keçiriləcək parlament seçkisi ərəfəsində bu qüvvəni neytrallaşdırmaq və kilsənin rəhbərlərini dəyişmək istəyir.