İran Ermənistan-ABŞ hərbi təlimlərinə etiraz bildirib
İranın XİN rəbəri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarı Ararat Mirzoyana iradını bildirib
İranın xarici işlər naziri Ermənistan və ABŞ-ın birgə təlimlərini tənqid edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Mirzoyanla Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlər mövzusuna toxunan Abdullahian bildirib ki, bölgədə hər hansı xarici qüvvələrin olmasını regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir.
XİN başçısı vurğulayıb ki, hərtərəfli sülhə nail olmağın ən səmərəli yolu regional dialoq və mexanizmlər, o cümlədən “3+3” formatıdır.