Qarabağdan könüllü köçən ermənilər rus yardımını istəmirlər
Rusiyanın "Rossotrudniçestvo" təşkilatı Ermənistanda təxribat xarakterli tədbirə hazırlaşır

Moskvanın yaratdığı qeyri-hökümət təşkilatları “Yevroaziya”, “Rusiya Humanitar Missiyası” və "Rossotrudniçestvo" Ermənistanda Qarabağdan könüllü köçən ermənilərə güya yardım göstərmək üçün humanitar kampaniyaya başlamaq niyyətindədir.
“Rusiya səninlədir” layihəsi çərçivəsində 140 tona yaxın ərzaq və şəxsi gigiyena vasitələrini paylamaq planlaşdırılır.
Tədbirin siyasi təxribat məqsədi daşıdığına və Ermənistanın mövcud hakimiyyətinə qarşı yönəldiyini hesab edən hakimiyyət yönlü KİV ermənilər arasında bu “qanlı yardımdan” imtina etmək çağırışları eşidilməyə başlayıb və bununla bağlı fləşmob təşkil edilib.
"Gəlin, onların təklif etdiyi “maddi” “yardımdan” imtina edək" şüarı ilə #ՈՉ_ՆՅՈՒԹԱԿԱՆԻՆ (maddi yardıma yox) haşteqi ilə sosial şəbəkələrdə paylaşımlar təşkil etmək təklif olunur.