XƏBƏRLƏR / Qonşular

Ermənistan KTMT-nin bütün qurumlarında iştirakını dondurub

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib

Ermənistan KTMT-nin bütün qurumlarında iştirakını dondurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün orqanlarında iştirakını dondurub.

    “Bilirsiniz ki, Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub və indiki mərhələdə biz bu qərarı kafi hesab edirik”, - Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü mətbuat konfransında deyib.

    Eyni zamanda, o, Ermənistanın KTMT-dən tamamilə çıxmasının mümkün tarixini açıqlamayıb. İyunun ortalarında Paşinyan Ermənistanın KTMT-dən çıxmaq niyyətini bəyan edib.

    Təşkilatda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan və Ermənistan iştirak edir.

    Xatırladaq ki, bu ilin payızında Qazaxıstanda iştirakçı ölkələrin qüvvələrinin döyüş təlimləri planlaşdırılır. KTMT Qazaxıstandakı təlimlərin başqa ölkələrə qarşı yönəlməyəcəyi barədə bir gün əvvəl bəyanat vermişdi.