XƏBƏRLƏR / Qonşular

İrəvan və Bakı yolların açılmasına dair işçi qrup yaradacaq

Bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib

İrəvan və Bakı yolların açılmasına dair işçi qrup yaradacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı razılaşmalar çərçivəsində işçi qrupları yaradacaq.

    Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

    Nazir jurnalistlərin “Tramp marşrutu” adlandırılan layihə çərçivəsində yolun nəzarət mexanizmi barədə sualına cavabında qeyd edib ki, iş prosesləri işçi qrupların yaradılmasını nəzərdə tutur və onlar əlavə məlumat təqdim edəcəklər.

    Xudatyan nəzarət və gömrük prosedurları ilə bağlı suala cavab verməkdən yayınıb, yalnız yolun Ermənistanın yurisdiksiyasında olacağını və bununla bağlı bütün texniki və məzmun məsələlərinin bu çərçivədə həll ediləcəyini vurğulayıb.

    Ermənistan üçün Azərbaycandan keçən yollar açılacaq

    Hazırda bu yollar hələ açıq deyil və buna görə də onlarla səyahət həm Mülki Müqavilə tərəfinin üzvləri, həm də digərləri üçün mümkün deyil, lakin biz tez və davamlı şəkildə onların Ermənistan Respublikasının bütün vətəndaşları üçün əlçatanlığını təmin etmək istiqamətində irəliləyirik.