Türkiyədə İrandakı faciə ilə əlaqədar 1 günlük matəm olacaq
Bu barədə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan açıqlamasında bildirib
Türkiyədə İran Prezidenti və onunla birlikdə olan digər rəsmilərin həlak olması münasibətilə bir günlük matəm elan olunması qərara alınıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan açıqlamasında bildirib.
Xatırladaq ki, bundan öncə İranın özündə 5 günlük, Tacikistan, Pakistan, Suriya, İraq, Livan, Şri-Lanka və Hindistanda 1 günlük matəm elan edilib.