Gürcüstanla yeni gömrük-keçid məntəqəsi açılacaq
Bu barədə Gürcüstanın Baş nazirinin illik hesabatında məlumat verilir
Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilir.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.