Təbrizdə qəzada həlak olanlarla vida mərasimi gedir BİRBAŞA
İran televiziyaları mərasimi birbaşa yayımlayır
İRNA xəbər agentliyi xəbər verir ki, helikopter qəzasında həlak olan İran Prezidenti və xarici işlər naziri ilə İranın Təbriz şəhərində vida mərasimi başlayıb.
Vida mərasiminin Təbriz şəhərindən sonra yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda, saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında təşkil olunacağı gözlənilir.
Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.
Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.
23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.
23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida və dəfn mərasimi təşkil olunacaq.