Putin və Çin sədri Si Cinpin sənədlər paketi imzalayıblar
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb YENİLƏNİB

16:20
Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin danışıqların yekunu üzrə sənədlər paketi imzalayıblar.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Sənədlər paketinə yeni dövrə qədəm qoymuş hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət münasibətlərinin daha da dərinləşdirilməsi haqqında birgə bəyanat və birgə kino istehsalı sahəsində fəaliyyət planı daxildir.
İki ölkənin liderləri şirkətlərə layihənin iqtisadi şərtlərinin təsdiqlənməsini sürətləndirməyi tapşırıb, "Sibir Gücü-2" qaz kəməri layihəsini müzakirə ediblər. 2024-cü illə müqayisədə Çinə qaz və mayeləşdirilmiş qaz tədarükünün artırılması planlaşdırılır.
Həmçinin iki ölkənin nümayəndə heyətləri arasında danışıqlardan sonra investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yenilənmiş saziş imzalanıb. Rusiya investorları üçün Çində prioritet iş istiqamətlərindən biri yüksək texnologiyalı alüminium ərintilərindən yayma məhsullarının istehsalıdır. Bundan əlavə, Rusiya şirkətləri sığorta, infrastruktur və metallurgiya sahələrində layihələrin həyata keçirilməsi üçün perspektiv görür.
***
11:19
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş başlayıb.
Görüş Kremldə keçirilir.
Cinpinin Kreml sarayında rəsmi qarşılanma mərasimi olub.
Qeyd edək ki, Çin Xalq Partiyasının sədri faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib. Onun bu gün Putinlə ikitərəfli və təkbətək danışıqları planlaşdırılır.
Həmçinin, bir sıra ikitərəfli hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.