XƏBƏRLƏR / Qonşular

Ruspərəst iş adamı Qaqik Tsarukyan aradan çıxmaq istəyib

İrəvanın "Zvartnots" hava limanında hüquq-mühafizə orqanları Tsarukyanın ölkəni tərk etməsinə imkan verməyiblər

Ruspərəst iş adamı Qaqik Tsarukyan aradan çıxmaq istəyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan mediasının məlumatına görə, seçkilərdə iştirak edən  "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan bu gün İrəvanın "Zvartnots" hava limanı vasitəsilə Ermənistan Respublikasını tərk etməyə cəhd göstərib, lakin hüquq-mühafizə orqanları onun getməsinə mane olub.

    Partiyanın mətbuat katibi İveta Tonoyan jurnalistlərə bildirib ki, Qaqik Tsarukyan və həyat yoldaşı sırf şəxsi və ailə məqsədləri üçün səfəri 2-3 gün öncədən planlaşdırıblar.

    Xatırladaq ki, "Çiçəklənən Ermənistan" Partiyası seçkilərində 4 faizlik baryeri keçə bimədiyinə görə parlamentə düşə bilməyib.

    Qaqik Tsarukyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi başlanıb və ona ölkəni tərk etmək qadağası şəklində qabaqlayıcı tədbir tətbiq edilib.