Paşinyan Ermənistan hökumətinin istefasını elan edib
Bu barədə Ermənistanın Baş naziri bu gün hökumətin iclasında bildirib
İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.
Ermənistan mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun rəhbərlik etdiyi hökumət iyun seçkilərindən sonra doqquzuncu çağırış parlamentin formalaşdırılması prosedurunun bir hissəsi olaraq istefa verməzdən əvvəl son iclasını keçirib.
Paşinyan Nazirlər Kabinetinin iclasından sonra bazar günü hökumətin ölkə Konstitusiyasına əsasən istefa verəcəyini və bundan sonra Prezident Vaaqn Xaçaturyanın parlament çoxluğu tərəfindən seçilmiş namizədi Baş nazir təyin edəcəyini bildirib.
“Bu səbəbdən indiki tərkibdə sonuncu dəfə görüşürük”, - deyə Paşinyan bildirib və əlavə edib ki, Nazirlər Kabinetinin bir neçə üzvü qanunverici orqanın deputatı qismində fəaliyyətini fərqli vəzifələrdə davam etdirəcək.
İyunun 7-də doqquzuncu çağırış Ermənistan parlamentinə seçkilər keçirilib. Onun nəticələrinə görə, Paşinyanın sədrik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,74 faizini, milyarder Samvel Karapetyanın rəhbəri olduğu “Güclü Ermənistan” partiyası isə 23,27 faizini toplayıb.
1 dəqiqə