İran Prezidentinin Azərbaycana səfəri bu həftə olacaq?
İran XİN sözçüsü ilə ölkə mətbuatının məlumatları üst-üstə düşmür. YENİLƏNİB

16:50
İran xəbər agentliklərinin yaydığı xəbərə görə, Pezeşkianın Azərbaycana səfəri mayın ilk həftəsində baş tutacaq.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bundan əvvəl demişdir ki, səfər bu həftə baş tutacaq.
***
13:28
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu həftə planlaşdırılır.
Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.
“Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub”, - o qeyd edib.
Bundan əvvəl İran məmurları Pezeşkianın Azərbaycana səfərinin aprelin 27-də baş tutacağını bildirmişdilər.