XƏBƏRLƏR / Qonşular

Zurabişvili mühafizə və toxunulmazlıqdan məhrum ediləcək

Bu, Gürcüstan prezidentinin səlahiyyət müddəti başa çatdıqdan sonra baş verəcək

Zurabişvili mühafizə və toxunulmazlıqdan məhrum ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstan Prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra mühafizə və toxunulmazlıqdan məhrum ediləcək.

    Hakim “Gürcü Arzusu” partiyası parlamentə düzəliş təqdim edib, ona əsasən, keçmiş yüksək vəzifəli məmurlar Konstitusiyanı pozarsa, onların müdafiəsi ləğv ediləcək. İndiki prezidentə qarşı belə bir məhkəmə qərarı var. 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi bəyan edib ki, Gürcüstan prezidenti xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını həyata keçirib və bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub.

    Mövcud qanuna görə, dövlət təhlükəsizliyi prezident, baş nazir və parlament sədri təyin olunduqları/seçildikləri andan təmin edilir və səlahiyyət müddəti bitdikdən sonra bir il müddətində qalır.

     Bu arada sosial şəbəkələrdə adi reyslə ekonom siniflə Avropadan gələn və onu alqışlarla qarşılayan sərnişinlərlə selfi çəkdirməyə razılıq verən Zurabişvilinin şəkilləri və videoları yayılır.