Paşinyan Ermənistan konstitusiyasını dəyışmək istəmir
Bu barədə baş nazir "X" səhifəsində yazıb

Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur. Bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan "X"-dakı səhifəsində yazıb.
“Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanın İstiqlal bəyəmnaməsi və Konstitusiyasında Azərbaycan ərazisinə iddia olması barədə ən hüksək səviyyədə bəyanatlar verib və bunun aradan qaldırılmasını sülh sazişi imzalanması üçün əsas şərt kimi irəli sürüb.