Paşinyan gözdən düşsə də, rəqiblərini 4 dəfə üstələyir
“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri
“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistanın baş naziri Nikol Paşinyana etimad səviyyəsi azalıb. Sorğu yanvarın sonunda keçirilib və nəticələr çərşənbə axşamı dərc olunub.
Araşdırmaya görə, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə qətiyyən etibar etmir (2023-cü ilin noyabrında 35,5%), 15,1%-i Paşinyana tam etibar edir (noyabrda 20,4%).
Əgər gələn bazar günü seçki keçirilsəydi, respondentlərin 16,1%-i Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasına, 4,7%-i Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” müxalifət blokuna səs verməyə hazır olduğunu bildirib. Axtarışda olan keçmiş polis əməkdaşı, “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan – 3,6%, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim şərəfim” müxalifət bloku üçün – 2,9%. Respondentlərin 25,8 faizi seçkilərdə iştirak etmək istəmir.