Peskov Putinin Türkiyə səfəri barədə açıqlama verdi
Qeyd edək ki, Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ticarət-iqtisadi əlaqələrin bütün nüansları müzakirə olunacaq. Bunu fevralın 6-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyə bu sahədə mühüm tərəfdaşdır”,- Rusiya prezidentinin mətbuat katibi əlavə edib.
"Ticarət-iqtisadi əlaqələr bütün ölçülərdə müzakirə olunacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, - deyən Peskov jurnalistlərə Putinin Türkiyəyə səfəri zamanı ABŞ-ın sanksiyaları səbəbindən iki ölkə arasında nizamlanma problemlərinin müzakirə olunub-olunmayacağı və hər hansı konkret razılaşmanın əldə olunmasının mümkünlüyü barədə suala cavab verib.
Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.