XƏBƏRLƏR / Qonşular

Xamenei: “ABŞ bizdən təslim olmağı tələb edir” FOTO

Bunu İranın ali rəhbəri bir qrup şagird və tələbə ilə görüşündə bəyan edib

Xamenei: “ABŞ bizdən təslim olmağı tələb edir” FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün İranın ali rəhbəri Əli Xamenei bir qrup  şagird və tələbə ilə görüşündə “Tehran və Vaşinqtonun əlaqələri həmişəlik kəsiləcəkmi?” sualına cavab verib. O, bildirib ki, ABŞ-nin təkəbbürlü siyasəti təslim olmaqdan başqa heç bir şeyi qəbul etmir.  SNN.ir

    Xameneinin sözlərinə görə, bu mövqe bütün Amerika prezidentlərinin ortaq xüsusiyyətidir. “Onların hamısı bunu istəyib, ancaq indiki prezident (Donald Tramp - ANS Press) Amerikanın daxili mahiyyətini ifşa edib”, - deyə, Xamenei vurğulayıb. 

    O, qeyd edib ki, İran xalqının yüksək idrak səviyyəsi, zənginlik və qabiliyyətlə yanaşı, ayıq və motivasiyalı gəncliyə sahib olduğu bir şəraitdə təslim olmağı gözləmək mənasıdır.