Ermənistanın xarici işlər naziri Gürcüstana gedib
Ararat Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşüb
Gürcüstan İrəvan və Bakının tarixi qərarını alqışlayır - Darçiaşvilini
Gürcüstan İrəvan və Bakının dövlət sərhədinin demarkasiyası prosesinə başlamaqla bağlı tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesinin müsbət dinamikası davam edəcək, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili erməni həmkarı ilə görüşdə bildirib.
“Ermənistan və Gürcüstan arasında əməkdaşlıq həqiqətən də bütün istiqamətlərdə sürətlə inkişaf edir, gömrük sahəsində əməkdaşlığımızı genişləndirir, biz yeni, mühüm nəticələr əldə edə, biznes və insanlar arasında təmasların dərinləşməsinə töhfə verə bilərik”, - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra bildirib.
Ermənistan XİN rəhbərinin sözlərinə görə, Ermənistan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını və hörmət etdiklərini ən yüksək səviyyədə təsdiqləyiblər.
“Ölkələrimiz arasında aydın qarşılıqlı anlaşmanın formalaşması vacibdir ki, Ermənistan və Gürcüstan arasında delimitasiya-demarkasiya prosesi davam etsin və sülh yolu ilə başa çatdırılsın. Onu da qeyd etmək istərdim ki, hazırda çox sürətlə inkişaf edən geosiyasi və regional hadisələrdə beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət çox vacibdir. Bu gün bizim həm də Cənubi Qafqazdakı vəziyyəti və bütün hadisələri müzakirə etmək, eləcə də Ermənistan və Gürcüstanın qarşısında duran çağırışları nəzərdən keçirmək imkanımız oldu.
Ermənistan Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi xəbərini böyük həvəslə qarşıladı ki, bu da təkcə Ermənistan-Gürcüstan münasibətləri kontekstində deyil, həm də regional hadisələr kontekstində böyük əhəmiyyət kəsb edir. Sizə demək istəyirəm ki, Ermənistan Respublikasının da Avropa İttifaqı ilə əlaqələri, yeni gündəliyin formalaşması, bizim baxışlarımız və perspektivlərimiz var. Bu münasibətlər kontekstində bizim əvvəllər kəşf olunmayan istiqamətlərimiz var”, - deyə Ararat Mirzoyan bildirib.
Həmçinin, Mirzoyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə və diplomatik əlaqələr qurmağa hazırdır.