XƏBƏRLƏR / Qonşular

İlham Əliyev Putinə zəng edib YENİLƏNİB

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İlham Əliyev Putinə zəng edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb.

    "Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib”, - Peskov qeyd edib.

    ***

    13:16

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

    Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.

    Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

    Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.