XƏBƏRLƏR / Qonşular

Ermənistan parlamentinin deputatları Ankaraya gedirlər

QDİƏT PA yollanan nümayəndə heyətinə parlamentin sədri Alen Simonyan başçılıq edəcək

Ermənistan parlamentinin deputatları Ankaraya gedirlər
Alen Simonyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentinin sədri Alen Simonyan sabah Türkiyəyə gedəcək.

    Ermənistan nümayəndə heyəti Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına (QDİƏT PA) üzv ölkələrin parlament rəhbərlərinin sammitində, həmçinin təşkilatın Baş Assambleyasının plenar sessiyasının işində iştirak edəcək.

    Müxalifətdən olan deputatlar Türkiyəyə getməkdən imtina ediblər.