Türk lirəsi yenə ucuzlaşdı
Türkiyə valyutası ilin əvvəlindən 6%-dan çox dəyərini itirib
Reuters xəbər verir ki, Türkiyənin milli valyutası lirə bazar ertəsi, mayın 29-da dollar qarşısında tarixi minimuma düşüb.
Lirə bazar ertəsi səhər 0,6% ucuzlaşaraq 1 dollar üçün 20,06-a düşüb.
Türkiyə valyutası ilin əvvəlindən 6%-dən çox dəyər itirib.
"Mövcud vəziyyət sadəcə olaraq davam edə bilməz". "BlueBay Asset Management"dən Tim Aş belə şərh verib. “Məhdud valyuta ehtiyatları və kəskin mənfi real faiz dərəcələri ilə lirəyə təzyiq çox yüksəkdir”.