"Ermənistan xalqı sülhü müdafiə etmək üçün ayağa qalxıb"
Bunu parlamentdəki çıxışında Paşinyan səsləndirib
Paşinyan: Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu açıqlamanı 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın parlament müzakirəsində yekun nitqi zamanı verib.
O qeyd edib ki, "2026-cı il seçkilərindən sonra Ermənistan xalqı sülhü müdafiə etmək üçün ayağa qalxıb".
"Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafa yeni təkan verib. İnsanlar gündəlik həyatlarında iqtisadi artımı görməlidirlər. Bu səbəbdən Ermənistanda pensiyaları artırmaq qərarına gəldim" - Paşinyan əlavə edib.
1 dəqiqədən az