XƏBƏRLƏR / Qonşular

Astara-Rəşt yolunun maliyyələşdirilməsində problemlər var

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev deyib FOTO

Astara-Rəşt yolunun maliyyələşdirilməsində problemlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında deyib.

    O qeyd edib ki, Transxəzər nəqliyyat marşrutu Azərbaycanın təşviq etdiyi əsas yoldur:

    “Digər istiqamət isə Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir. Astara-Rəşt yolunun maliyyələşdirilməsində isə kiçik problemlər var və bu istiqamətdə tərəflər arasında danışıqlar gedir”.