Azərbaycanla münasibətlərdə heç bir gərginlik yoxdur
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla münasibətlərdə heç bir gərginliyin olmadığını və ortaya çıxan bütün məsələlərin dostcasına müzakirə olunduğunu bildirib.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının Kümrux kilsəsi ilə bağlı açıqlamasına verdiyi cavabı şərh edib.
"Bu dostluq sayəsində istənilən məsələni çox asanlıqla müzakirə edə bilərik. Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlər məhz bu formatda müzakirə olunur", - deyə Kobaxidze bildirib.
1 dəqiqədən az