İran Ermənistan vasitəsilə yükdaşımaları artırmaq istəyir
Bununla bağlı İranın vitse-prezidenti Həmid Purməhəmmədi Ermənistanın İrandakı səfiri Qriqor Hakobyanı qəbul edib
İran və Ermənistan yük daşımaları məsələlərini və bu sektordakı mövcud çətinlikləri müzakirə ediblər.
Ermənistan səfiri Qriqor Hakobyan və İranın vitse-prezidenti Həmid Purməhəmmədi iki ölkə arasında yük daşımalarında mövcud vəziyyəti, eləcə də mövcud çətinliklərin mümkün həll yollarını müzakirə ediblər.
Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat verib.
1 dəqiqədən az