XƏBƏRLƏR / Qonşular

Sabah İranda Milli Matəm Günü elan edilib YENİLƏNİB

Bu barədə İran mənbələri məlumat yayıb

Sabah İranda Milli Matəm Günü elan edilib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:44

    İranda 28 aprel Milli Matəm Günü elan edilib.

    Bu barədə İran hökuməti məlumat yayıb.

    Qeyd edilib ki, Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar 28 aprel Milli Matəmi Günü elan olunub.

    Bundan əvvəl Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilmişdi.

    Xatırladaq ki, son məlumata əsasən, aprelin 26-da İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə nəfərə çatıb, 6 nəfər itkin düşüb, 1139 yaralı var.

    ***

    13:38

    İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan vilayətində üç günlük matəm elan edilib.

    Bu barədə İran mənbələri məlumat yayıb.

    Qeyd edək ki, son məlumata əsasən, İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.