Türkiyəli müğənni Haluk Levent haqqında həbs qərarı verilib
Bu barədə "TRT Haber" məlumat yayıb
İstanbul Baş Prokurorluğu tərəfindən "Ahbap Dərnəyi" ilə bağlı aparılan istintaq çərçivəsində dərnək prezidenti, müğənni Haluk Leventin həbs qərarı verilib.
Yerli KİV-in yaydığı məlumata görə, Haluk Leventə “Dərnəklər haqqında qanunu pozma”, “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” və “Cinayətkar təşkilata üzvlük” maddələri üzrə ittihamlar irəli sürülüb. Həmçinin, "Ahbap Dərnəyi"nin 6 fevral zəlzələlərindən sonra topladığı təxminən 158 milyon dollarlıq ianə hesabına inşa edilməsi planlaşdırılan bəzi evlərin üç il keçməsinə baxmayaraq hələ də tamamlanmadığı iddia olunur.
1 dəqiqədən az