Əsgər Nizami Musayev bir müddət Ermənistanda qalacaq
Bunu televiziya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib
Ermənistan sərhədini qanunsuz keçərək Sünik rayonunun Şaki kəndində həbs edilən Azərbaycan əsgəri Nəsimi Musayev ən azı bir müddət Ermənistanda qalacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Infocom telekanalının "Ctrl Z" proqramına verdiyi müsahibədə bildirib.
"Cinayət işimizlə bağlı proses Ermənistan Respublikasında aparılacaq. O, ən azı bir müddət Ermənistanda qalacaq. İstintaq gedir və hazırda o həbsdədir", - deyə Paşinyan bildirib.
Mümkün əsir mübadiləsi ilə bağlı o, əlavə edib:
"Tutaq ki, onlara 'Bizə əsirlərdən birini verin ki, bu əsgəri geri qaytara bilək' desək. Sabah bəs bizim əsgərimiz qaçsa, onlara kimi verəcəyik?"
1 dəqiqədən az