Rusiya yenə azərbaycanlıların ovuna çıxdı
Yekaterinburqda polis və xüsusi təyinatlılar Vidadi Mustafayevi saxlayıb
Rusiyanın Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələr "Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzi"nin yeni rəhbəri Vidadi Mustafayevi saxlayıb. O, diasporun əvvəlki rəhbəri Şahin Şıxlinskinin həbsindən sonra cəmi üç ay əvvəl təyin olunub.
Lakin o vaxt APA xəbər agentliyi Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbəyə istinadən bildirmişdir ki, Mustafayevin Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunurdu ki, o, naməlum şəxslər qrupu tərəfindən müəyyən edilməmiş bir quruma "seçilib".
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, o, torpaq sahəsinin satışında fırıldaqçılıqda şübhəli bilinir.
Vidadi Mustafayevin idman zalından çıxarkən saxlanılıdığı bildirilib.
Xatırladaq ki, noyabrın 21-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Görüş zamanı Rusiya tərəfi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əhəmiyyətli bir addım olaraq, bu ilin 30 iyun - 1 iyul tarixlərində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulamışdır.
1 dəqiqə