XƏBƏRLƏR / Qonşular

Sərhədlər açılsa, ermənilər turist kimi səyahət edə biləcək

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib

Sərhədlər açılsa, ermənilər turist kimi səyahət edə biləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 1990-cı illərin əvvəllərində qaçqın düşmüş vətəndaşların geri qaytarılması ilə bağlı Ermənistan və Azərbaycanda mövcud gündəmlər sülh prosesinə ciddi təhlükələr yaradır. Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

    Sərhədlərin açılması ilə Ermənistan vətəndaşları istədikləri yerə gedə biləcəklərmi sualına cavab olaraq, o, qarşılıqlılıq prinsipinə istinad edərək, sülh şəraitində hər yerə səyahət edə biləcəklərini, ancaq turist kimi səyahət edə biləcəklərini vurğulayıb.