Qərbin təsiri altında İrəvan-Moskva təmasları kəskin azalır
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq davam edir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbin təsiri altında İrəvan-Moskva ikitərəfli siyasi təmaslarında kəskin azalma müşahidə olunur.
"İrəvan tərəfindən Rusiya, KTMT və formalaşmış təhlükəsizliyin təminatı sisteminə qarşı getdikcə daha tez-tez əsassız tənqidlər eşidilir", - deyən nazir müavini bunun qeyri-konstruktiv və qeyri-uzaqgörən davranış olduğunu əlavə edib.
Bundan başqa, Qaluzin Ermənistanın təhlükəsizliyinin təminatı mexanizmi üçün bu gün KTMT-yə alternativin olmadığını qeyd edib.
"KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı geridə qoyaraq sistemli şəkildə davam edir", - o deyib.